Thursday 4 April 2013

Do You know Azerbaijan? (Azərbaycanı tanıyırsınızmı?)

Azərbaycanlı Gənclər Klubunun həyata keçirdiyi sosioloji sorğu. Yazılı və videomüsahibə şəklində aparılmış sorğular nəticəsində 4 videoreportaj hazırlanmışdır. Londonun müxtəlif bölgələrində lentə alınmış videolarda London sakinlərinə və turistlərə Azərbaycanla bağlı suallar verilir:

1-ci video
2-ci video
3-cü video
4-cü video


Wednesday 3 April 2013

Azərbaycanlı Gənclər Klubu haqqında mətbuatda ilk yazı

Zaman Avropa qəzetinin 28 iyul 2005-ci il nömrəsində Londonda yaşayan azərbaycanlı gənclərin Azərbaycan süfrəsi ətrafında toplanaraq Azərbaycanlı Gənclər Klubunun əsasını qoyduğu barədə yazılır. Bu, Azərbaycanlı Gənclər Klubu haqda mətbuatda yer almış ilk yazıdır. Zaman Avropa qəzeti Almaniyada türk dilində nəşr edilir.

Azərbaycanlı Gənclər Klubu (Azerbaijani Youth Club)


Azərbaycanlı Gənclər Klubu (Azerbaijani Youth Club) Britaniyadakı azərbaycanlı gənclərin şəbəkəsidir.

Azərbaycanlı Gənclər Klubu 2005-ci ilin iyul ayında, Londonda təhsil alan və yaşayan bir qrup azərbaycanlı gəncin təşəbbüsü ilə yaradılıb. Məqsəd Böyük Britaniyada yaşayan və təhsil alan gənc azərbaycanlıların arasında əlaqənin yaradılması, icma quruculuğu, müxtəlif görüş, tədbir və layihələrin həyata keçirilməsi olub.

Fəaliyyətə başladıqdan sonra Azərbaycanlı Gənclər Klubunun ətrafında birləşən gənclərin təşəbbüsü ilə gerçəkləşmiş layihələr sırasında bunları sadalamaq olar:

Londondakı yerli radio stansiyaların birində ilk dəfə olaraq azərbaycan dilində radio veriliş (Salam Gətirmişəm) efirə çıxır (noyabr 2005), Qərbi Avropada ilk dəfə Londonda azərbaycanlı uşaqlar üçün azərbaycan dili, ədəbiyyatı və tarixinin tədris edildiyi həftə sonu məktəbi fəaliyyətə başlayır (aprel 2006), Britaniyada ilk dəfə azərbaycan dilində qəzet nəşrə başlayır (sentyabr 2006), Londonda fəaliyyət göstərən Azərbaycan Evi mədəniyyət mərkəzində Azərbaycan kitabxanası açılır, azərbaycanlı gənclərdən ibarət rok qrupu təşkil olunur və s…

Azərbaycanlı Gənclər Klubunun maraq doğuran layihələri sırasında "Do You Know Azerbaijan?" sosialoji sorğusu, "Debate Club" və s. adını çəkmək olar.

Britaniyadakı azərbaycanlı gənclər

İngiltərədə yaşayan və təhsil alan bir neçə azərbaycanlı gənclə tanışlıq (2009-cu il):


Nərgiz Nəcəfova

Nərgiz 1988-ci il, apreil 10-da Bakıda doğulub. Bir sıra məktəblər dəyişsə də ən çox təhsil aldığı məkan Bakı Xoreoqrafiya Məktəbi olub.

O, ailəsiylə birgə 2000-ci ildə Londona köçüb. Burda da məktəbləri dəyişmək ənənəsini davam etdirib. Nərgiz Bishop Douglass High School bitirib, daha sonra Queen Mary Unversity of Londonda İngilis Ədəbiyyatı və Tarixi üzrə bakalavr dərəcəsi alıb. Hal hazırda Warwick University-də Tarix (History) üzrə magistraturada oxuyur.

“Məncə mən fikrimdən dönməyən və mübahisəni sevən biriyəm. Bəziləri bunu bir istedad kimi dəyərləndirir, bəziləri isə əksiklik. Mən, özüm üçün önəmli olon məsələlərdə çox mərdəm və etdiklərimin doğru olduğuna inanıram. Eyni zamanda, mən həddən artıq tənbələm. Bir az da abırsızam. Bəzi adamları həddən çox ideallaşdırıram.”

Nargiz elə bir maraqlı hobbisinin olmadığını deyir. O, kitab oxumağı, fotoqrafiyanı və incəsənəti (art), bir də gəzintini çox sevir.  "Hal-hazırda isə daha çox həbsdə olan iki gənc bloqçu, Adnan Hacızadə və Emin Millinin müdaifəsi ilə məşğulam. Əlimdən gələni edirəm ki, onların məsələsini daha çox yaya bilək.”

O, dostları ilə vaxt keçirməyi, danışmağı (mübahisə etmyi) və gec saatlarına qədər boş yerə Londonda gəzişməyi çox sevir.

Nərgiz musiqidə diqqətli seçimə üstünlük verir. Sevdiyi qruplar: White Stripes, Black Keys, Bright Eyes, Bishop Allen və Bob Dylan. O həmçinin bluz ifaçılarını dinləməyi də xoşlayır. Məsələn John Lee Hooker və Son House. “Və təbii ki muğam dinləməyi çox sevirəm.”

Sevdiyi kitablar: “Orlando” (Virginia Woolf), “This Side of Paradise” (F. Scott Fitzgerald), “East of Eden” (John Steinbeck) və “Steppenwolf” (Hermann Hesse). O həmçinin John Keats-in şerlərini oxumağı xoşlayır. Oxuduğu son kitab Orhan Pamukun “Snow” əsəridir.

Deyir ki, Azərbaycanla bağlı məlumatı əsasən azadlıq.org və azerireport.com saytlarından alır. “Azərbaycan TV kanallarına heç baxmıram. Çünki onlara baxmaq imkanım yoxdur və həmçinin ona görə ki, onlar son dərəcə bərbatdırlar.” O Azadlıq Radiosunu dinləməyi çox sevir.

Azərbaycanı necə görmək istərdin?

“Mən Azərbaycanı daha cavabdeh, daha təhsilli, daha azad görmək istərdim. Bilmirəm bu nəqədər çəkəcək, ancaq bilirəm ki bu gələcək.”

Yenidən doğulsaydı heç də indikindən fərqli olmaq istəməzdi. “Biraz daha şanslarını əldən verməyən biri olmaq istərdim.”

Nərgiz Manchester United azarkeşidir.


Fərhad Əmiri (Nişat)

1977-ci ildə Güney Azərbaycanın Təbriz şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə maraqlanıb. Xüsusilə də oxumaqla məşğul olub. Həmişə məktəblərarası keçirilən musiqi müsabiqələrində iştirak edib.

 Əsgərliyi bitirdikdən sonra, 2001-ci ildə Bakı Musiqi Akademiyasına daxil olub. 2006-cı ildə akademiyanın vokal fakültəsini bitirdikdən sonra İtaliyaya, 2008-ci ildə isə Britaniyaya gəlib. 2009-cu ildən Londonda məskunlaşıb.

 Fərhad Londonda Azərbaycanla bağlı təşkil edilmiş bir sıra tədbirlərdə iştirak edib, Azərbaycan Evinin bir yaşı münasibətilə keçirilmiş yubiley proqramında pianoçu Xatirə Əliyeva ilə birgə çıxış edib.

 O hesab edir ki, xərçəng bürcündə anadan olduğu üçün, demək olar ki 60% bu bürcə aid olan xarakterləri daşıyır: “Emosional olsam da, çalışıram həyatımda sentimentalizmə yol verməyim. Hər gün ən azı bir saatlıq da olsa tək qalmağa ehtiyac duyuram. İnsanlarla münasibətimdə, ilk görüşdə onları qazana bilmirəm, yalnız bir neçə görüşdən sonra onlarla rahat ola bilirəm.”

 Fərhad deyir ki, musiqinin bütün janrlarında professionallığa üstünlük verir: “Yalnız 250 qram vodka (araq) vurandan sonra qeyri professional musiqi dinleye bilirəm.”  Sevdiyi musiqi janrları: Klassik və Caz musiqisi.

 Xeyli vaxtdır kitab oxumur və sadəcə məqalələr oxumaqla kifayətlənir. Bəzən müxtəlif jurnal və qəzetlər üçün özü də məqalələr yazır (Fərhad Araz qəzetinin köşə yazarıdır).

 Azərbaycanı necə görmək istərdin?

“Bakıda 6 il yaşamışam. Çox vaxtlar orada narahat yaşadığıma baxmayaraq, həyatımın ən gözəl xatirələrinin bir qismi Bakı ilə bağlıdır. Bakı üçün darıxmışam. Gələcəkdə Azərbaycanı bütün görmək istəyirəm.”

 Fərhad Təbrizin Traktor futbol klubuna azarkeşlik edir.

 Dünyaya yenidən gəlsəydi musiqiçidən başqa hər şey olmağa razıdır.


Kamran Abilov

Kamran 1990-cü il iyulun 3-də Bakıda doğulub. Birinci sinifə Rusiyanın Novqorod şəhərində gedib (175 nömrəli şkola). 4 il Rusiyada məktəb oxuyub sonra Bakıda, 25 saylı orta məktəbdə təhsilini davam etdirib. Çox çalışıb və istəyinə nail olub. Belə ki, 2007-ci ildə 635 balla Dövlət İdarəçilik Akademiyasına daxil olub.

2008-ci ildə İngiltərəyə gəlməyə qərar verib. Lakin iki dəfə viza üçün rədd cavabı alıb. İnadkarlığının nəticəsi olaraq 31 yanvar 2009-cu ildə Londona gələ bilir və hava limanından bir başa Azərbaycan Evində təşkil edilmiş Məmməd Əmin Rəsulzadənin ad günü münasibətilə təşkil edilmiş tədbirə gəlir və doyunca rəqs edir. Kamran hal-hazırda Goldsmith University of Londonda International Studies fakultəsində təhsil alır.

Kamran deyir ki, “xasiyətim ağırdı.” Düşünür ki, həyatda ən vacib dostluq və ailəyə hörmətdir: “Çalışmışam ki həmişə bunlara riayət edim. Sadəcə bir müddət kiməsə acıqlı ola bilərəm, sonra unuduram. Mən bağışlamağı bacaran biriyəm. Səbirsiz olmağımdan narazıyam. Hərdən insanları düzgün qiymətləndirə bilmirəm.”

Musiqi zövqü əhvalına görə dəyişir. Ən çox bəyəndiyi ifaçı Lil Johndur.

Kamran böyük kino həvəskarıdır. Sevdiyi filmlər: “Butterfly Effect”, “Too Fast Too Furious”, “TRIPLE X”, “Brigada”.

Kitab oxumağa elə də marağı yoxdur. Əsasən isə ümumi bilgi verən və siyasi şəxslər haqqında olan kitablara üstünlük verir.  

6 yaşından üzgüçülüklə məşğul olub. 11 yaşında şahmatda 3-cü dərəcəyə layiq görülüb. Judo ilə məşğul olub. Futbol və basketbolu sevir və bütün bunlarla yanaşı Ləzginka oyununu rəqs etməyi sevir.

Hər gün London Lite qəzetini oxuyur. İnternet üzərindən bbc online izləyir. Azərbaycanla bağlı məlumatı isə day.az və itv.az saytlarından alır.

Azərbaycanı necə görmək istərdin?

“Bu gün Azərbaycan sürətlə irəliləyən bir respublikadır. Ümidvaram ki, qarşımızda duran ən vacib məsələ olan Qarabağ problemini də tezliklə xeyrmizə həll edəcəyik. Azərbaycan gəncliyinin düzgün, doğru yolda inkişafını görmık istərdim. Onların vaxtlarını kitabxanalarda keçirmələrini, ağıllı məsələlər haqqında müzakirələr aparmalarını istərdim, nəyinki çayxanalarda vaxt keçirmələrini və avtoxuliqanlıqla məşğul olmalarını. Bunları ona görə deyirəm ki, özüm də bu səhvləri edirəm və üzərimdə işləyib dəyişməyə çalışıram”.

Kamran Manchester United fanatıdır. Azərbaycanda isə Neftçiyə azarkeşlik edir.

Yenidən doğulsaydı şir olmaq istərdi.


Könül Əliyeva

1987-ci il, 5 fevralda, qarlı qış gecəsində Bakı şəhərində doğulub. Dediyinə görə xəstəxanadan çıxanda quşbaşı qar yağırmış. N.Tusi adına gimnaziyanı 2004-cü ildə bitirib. 2003-cü ildə qısa müddət Amerikada təhsil alıb. 2008-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Bakıda mədəni əlaqələr sahəsində çalışıb.

Təhsilini davam etdirmək məqsədilə 2008-ci ilin oktyabrın 15-də Londona gəlib və bir başa Azərbaycan Respublikası prezident seçkilərində iştirak etmək üçün Londondakı Azərbaycan səfirliyində üz tutub. Hava limanından bir başa səfirlikdəki seçkilərə: “Çünki bu mənim seçkilərdə ilk iştirakım idi.”

Könül inanılmaz dərəcədə həyatsevərdir. O hesab edir ki, həyat bir teatrdır və insanlar müxtəlif rollar oynayır. O, mümkün qədər çox rolda özünü sınamaq və mümkün qədər hər bir şeyin dadına baxmaq istəyir: “Mən Azərbaycanın mədəniyyət naziri olacağıma inanıram.” Könül hesab edir ki, çox romantikdir və intuisiyasına inanan biridir. Həyatda ən çox dəyər verdiyi şey ailədir.

O, Britaniyadakı Azərbaycan icmasının fəaliyyətində də olduqca aktivdir. Həddən artıq enerjiyə malik biridir və demək olar ki, bütün fəaliyyətlərdə iştirak etməyi bacarır. Eyni zamanda, nəzərə alsaq ki, Londonda universitetdə təhsil alır. Könül Londonda qurulmuş “Buta” rəqs ansamblının bədii rəhbəridir. O, “Caspian-Khazri” Azərbaycan məktəbinin müəlliməsi, Britaniyadakı ilk Azərbaycan radiosu olan Anaz radioda yayımlanan “Canlı-Canlı” verilişinin də aparıcısıdır. Könül həmçinin Araz qəzetinin əməkdaşı və köşə yazarı, Londondakı Azərbaycan Evinin könüllü üzvüdür.

Təbii olaraq rəqs etməyi çox sevir. Musiqinin bütün janrlarından həzz almağı bacarır.

Ən çox sevdiyi mahnılar: Ala Gözlüm (Akif İslamzadə), Əgər Səni Unutsam (Brilliant Dadaşova).

Ən çox bəyəndiyi musical: Phantom of The Opera. “70 dəfə baxmışam.”

Sevdiyi filmlər: “The Ring”, “Devil`s Advocate”, “Constantine”, “Van Helsing”.

Könül kitab yazmaqla məşğuldur. Hələ ki heç bir kitabı işıq üzü görməyib. O, qeyri ənənəvi süjetə malik roman yazır. Ən çox bəyəndiyi kitablar: Danielle Steel və Aleksandr Dümanın bir çox əsərləri.

Azərbaycanı necə görmək istərdin?

“Azərbaycan insanının üzündəki qorxu və acizlik ifadəsinin əvəzinə başı uca, özü ilə fəxr edən azərbaycanlı görmək istərdim. Azərbaycanlılar istədiklərini əldə etmək bacarığına malik olsunlar. Mən Azərbaycan gənclərinin səsini ən uca yerlərdən eşitmək istərdim. İstərdim ki, insanlarımız dünyada müsbət yenilik etməklə tanınsınlar.”

Dünyaya yenidən gəlsəydi ingilis zadəgan xanımı olmaq istərdi.


Həzi Məmmədov

1991-ci ilin avqustun 26-da Bakı şəhərində anadan olub. Bakının 74 saylı orta məktəbində təhsil alıb. 4-cü sinifə qədər. Çünki, 2002-ci ildə valideynləri ilə birgə İngiltərinin Glasgow şəhərinə köçüb. 2007-ci ildən isə Londonda yaşayır. Hal-hazırda Enfield College-də BTEC Level 2 First Diploma IT in at work üzrə təhsil alır. Həzi eyni zamanda,Metropolitan Police Cadet-dir. Gələcəkdə polis olmaq istətyir.  

Həzi hesab edir ki, çox şən oğlandı: “Çox deyib-gülüb danışanam. Sakit dayana bilmirəm.” Özündən çox razıdır. Nə siqaret çəkir, nə də spirtli içki qəbul edir. Hər gün saat 7-də yuxudan durur.

O, karate idman növü ilə məşğuldur: “5 yaşımdan karateyə getmişəm.” Şotlandiyanın Wishaw çəhərində keçirilmiş yarışda 3-cü yerə layiq görülüb. İndi Tottenham Leisure Centre-də yerləşən Turkundo klubda məşq edir. Hərdən gym -ə gedir.

Kitab oxumaqla bir o qədər arası yoxdur.

Hip-Hop və Rap janrında musiqi dinləyir. Ən bəyəndiyi rapçilər Ceza və Hüseyn Dəryadır.

Sevdiyi kinolar: “Blue Streak”, “Bad boys”, “Kick boxer”. Komediya və Action janrında filmlər izləyir.

Gün ərzində xəbərləri www.eveningtimes.co.uk saytından oxuyur. Azərbaycanla bağlı məlumatı isə Lider TV vasitəsilə əldə edir.

Azərbaycanı necə görmək istərdin?

“İnsanların danışığı düzəlsə (red. ?) və yol hərəkəti qaydaları olsa əla olar. Başqa heç bir problem yoxdur. Sadəcə bu iki sahədə düzəliş görmək istərdim.”

Yenidən dünyaya gəlsəydi at olmaq istərdi. Güclü və sağlam olduğu üçün.

Mustafa Topçubaşov

1989-cu il sentyabrın 27-də Bakı şəhərində anadan olub. 160 saylı orta məktəbdə oxuyub, 2006-cı ildə 8 nömrəli məktəbi bitirib.

2006-cı il sentyabrın 13-də Londona gəlib. Hal-hazırda University of Westminster-də Turizm və Biznes oxuyur. Gələcəkdə Azərbaycana geri dönmək haqqında fikirləşir.

Deyir ki, “Özüm haqda heç nə deyə bilmərərm, məni kənardakı insanlar qiymətləndirsin.” Ailəsi və yaxın dostları ilə vaxt keçirməyi sevir. Rəqs etməyi çox sevir. Həftə içi dərslə məşğul olur, həftə sonlarını isə dostları ilə keçirir.

Mustafa Azərbaycan Demokratik Respublikasının Parlament sədri Əlimərdan bəy Topçubaşovun nəslindəndir. O, babasının adını daşıyır. Babası Mustafa Topçubaşov Azərbaycan Elmlər Akademiyasının sədr müavini, SSRİ Elmlər Akademiyasının həqiqi, Bolqarıstan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Ali Sovetinin deputatı, alim-cərrah olub. 

Xatuna Məmmədova (Xatın)

1989-cu ildə Bakıda doğulub. 8 nömrəli orta məktəbdə təhsil alıb. 2002-ci ildə valideynlərilə birgə Londona gəlib. 2 ay Londonda yaşadıqdan sonra Bradford şəhərinə köçüb. 2005-ci ildən Halifax-da yaşayıb. 2008-ci ildə isə yenidən Londona geri dönüb.

Halifax şəhərini çox sevir. İndiyə qədər dostlarını görmək üçün tez-tez Halifax-a gedir. Deyir ki, “məktəbim, kollecim, dostlarım, hər .ey orda qalıb”.

Xatuna deyir ki, çox pozitiv biridir: “Məni tanıyanlar bilir ki, deyib gülməyi sevirəm. Həyatı gözəl yaşamağı sevirəm. Heç vaxt heç bir şeydən peşman olmamağa çalışıram və ən əsası həyata real gözlərlə baxıram.” Bəzən həddən çox ürəyi açıqlığı problemə çevrilir. Tənbəl olduğunu düşünür.

Xatuna əsasən pop musiqisinə qulaq asır. RnB və Hip Hop da sevir. Ən bəyəndiyi müğənni Akondur: “Ana hər gün 50 dəfə də qulaq asa bilərəm və bezmərəm.”

O böyük kitab həvəskarıdır. Xüsusilə rus dilinə çevrilmiş Qərbi Avropa yazıçılarının əsərlərini oxuyur. Özünü kitab manyakı adlandırır. Paulo Coelhonun bütün əsərlərini oxuyub.

Ən çox sevdiyi kitablar: “Veronika Decides to Die” və “11 Minutes” (Paulo Coelho).

Film həvəskarı deyil. Bəzən baxanda isə qorxu filmlərinə baxır və əsasən online.

Xəbərləri əsasən qəzetdən oxuyur. TV seyr etməyi heç sevmir.

İdmanı çox sevsə də hal-hazırda heç bir idman növü ilə məğul deyil. Yay vaxtı böyük tennis oynamağı xoşlayır. Karate ilə məşğul olmaq istəyir.

Azərbaycanı necə görmək istərdin?

“Açıqlaması mümkün olmayan bir şey haqqında fikirləşmək və danışmaq mənasız görünür. Nə zaman mümkün olduğunu hiss etsəm onda açıqlayacam.”

Yenidən doğulsaydı şir olmaq istərdi, çünki hesab eləyir ki ədalətlidir.

Coşqun Mahmudov

1993-cü il, 4 apreldə Bakıda, Əhmədli qəsəbəsində anadan olub. Orta məktəbin 4-cü sinifinə qədər Bakıda oxuyub. 2002-ci ildə ailəsilə birgə İngiltərənin Liverpool şəhərinə gəlib və hələ də Liverpool-da yaşayır.

Coşqun Liverpool Hugh Baird College-də təhsil alır. Gələcəkdə Universitet oxumağı planlaşdırır amma hələ özünə ixtisas seçməyib.

O, öz saçlarını çox sevir, lakin çox əsəbi olmasından narazıdır. Bəzən çox tənbəl olur. Çox mühüm bir məqsəd olduğu zaman isə ona nail olmağı bacarır.

Evdə olarkən kompüter oynamağa üstünlük verir. Evdən kənarda isə yeni insanlarla tanış olmağı xoşlayır.

Heavy Metal, Death Metal, Speed Metal, 80's rock <3<3. Techno janrlarında mahnı dinləməyi sevir.

Sevdiyi musiqi qrupları: Killswitch Engage, Mettalica, Guns n Roses, Bullet for My Valentine və s.

Kinoya əsasən online, bəzən də kinoteatrda baxır. Əsasən komediya filmləri izləməyi sevir. Sevdiyi filmlər: Rocky, Sex Drive, The Girl Next Door, İ am Legend, Transformers 1 və 2

Basketbol idman növünü xoşlayır.

Heç kitab oxumur, sadəcə dərs kitabları.

Yenilikləri nə qəzet, nə TV nə də internet vasitəsilə alır. O bütün xəbərləri atasından eşidir.

Azərbaycanı necə görmək istərdin?

“Mən Azərbaycanı ümumiyyətlə görmək istəmirəm.”

Həyata yenidən gəlmiş olsaydı şir olmaq istərdi.

Liverpool futbol klubuna azarkeşlik edir.

Vüsal Həmzəyev

1980-cı il sentyabrın 9-da İsmayıllı rayonunda doğulub. İlk təhsilinə Mican kənd məktəbində başlasa da, İsmayıllı 1 saylı orta məktəbini bitirib. 1998-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər- Avropaşünaslıq fakultəsinə daxil olub: “Bu, o zaman ən böyük arzum idi. Avropanı çox sevirdim.” 2004-cü ildə eyni ixtisas üzrə (Avropaşünaslıq-İngiltərə) magistr dərəcəsi aldıqdan sonra, bir müddət Bakıda İctimai Əlaqələr (PR) mütəxəssisi kimi çalışıb: “Bakıdakı mühit məni sıxırdı və buna görə də qərara gəldim ki, Azərbaycanı tərk eləməliyəm. Ən azı bir müddət.”

6 aylıq kurs keçmək bəhanəsilə 2005-ci ildə valideynlərini tərk edərək Londona gəlib: “Lakin 6 ay sonradan get-gedə uzanmağa başladı. Mən özümü burda azad, rahat, eyni zamanda yaradıcı hiss edirəm.”

Vüsal özünü ziddiyyətli insan hesab edir: “Mənə elə gəlir ki, nikbinəm. Dinə inanıram. Kainatın təsadüfən yaranması mənim üçün gülünc səslənir. Mən insanların çox olduğu yerdə sıxılıram. Səs-küyə nifrət edirəm. Ağlım kəsəndən Azərbaycan toylarında iştirak etməkdən iyrənmişəm. Ümumiyyətlə azərbaycanlıların məclisləri, bu tərz mənim üçün qəbuledilməzdir və ad günləri, toylar və buna bənzər məclislərdə, Azərbaycansayağı qaragüruhda özümü olduqca narahat hiss eləyirəm. Tam tərsi, hər zaman yas yerlərində iştirak etməkdən həzz almışam. Ola bilər ki mən “baş yeyənəm”.”

O, çox səmimi bildiyi dostları ilə sakit atmosferdə əylənməyə üstünlük verir: “Uşaq vaxtından filmləri seyr edərkən Avropadakı ənənələrə heyran qalmışam. Soyuq ölkələri və mühiti çox sevirəm. Skandinaviya mənim üçün dünyanın ən ideal məkanı kimi görünür. İnanmaq istərdim ki, orda Şərqdən gəlmiş daha az insan yaşayır.” O, yaddaşının çox zəif olmasından şikayətlənir və maşınlara nifrət edir.

Vüsal Britaniyada azərbaycanlı gənclər şəbəkəsinin qurulmasında başdan iştirak edib. Hal-hazırda Londonda azərbaycan dilində nəşr edilən Araz qəzetinin baş redaktorudur: “Biz burda çox maraqlı işlər görmüşük. Mən gənclərin gücünə inanıram və burda Azərbaycan məktəbi, Azərbaycan qəzeti, radiosu, Azərbaycan Evi kimi layihələrin gerçəkləşməsində əməyim olduğuna görə özümü olduqca xoşbəxt hiss edirəm.“

Musiqini o qədər də çox sevmir və rəqs etməyə sadəcə olaraq nifrət edir. Lakin dediyinə görə təhlükəli olduğundan xəbərdar olsa belə, velosiped sürərkən qulaqlıqlarla musiqiyə qulaq asmağı xoşlayır. Sadəcə rok dinləyir və bezən də klassik musiqiyə qulaq asır.

Sevdiyi qruplar: Kino, Foo Fighters, Children of Bodom, Remmstein, Nickelback, Nirvana və s.

Ən çox sevdiyi əsərlər: Gymnopédies (Erik Satie), Summer 78 (Yann Tiersen),  The Dream (Rachmaninoff), Sleepers Awake (Bach) və s.

Ən çox bəyəndiyi film: Goodbye Lenin (Wolfgang Becker).

Sevdiyi kitablar: Young Stalin (Simon Sebag Montefiore), Ali and Nino (Qurban Said). Kiçik olarkən bir macəra kitabı oxuduğunu və çox bəyəndiyini deyir: “Onda məktəbə yenicə gedirdim və təəsüf ki həmin kitabın adı yadımdan çıxıb. Mən kitabları dekorasiya olaraq da çox sevirəm.”
Azərbaycanla bağlı məlumatı Facebook və azadliq.org saytından alır. Azərbaycan TV kanallarına baxanda utuanır.

Azərbaycanı necə görmək istərdin?

“İnsanlar fikirlərini ifadə edərkən qorxu və həyacan keçirməyəcəyi, mətbuatın cəmiyyətdə baş verənlərlə bağlı ətraflı, maraqlı və tərəfsiz məlumat verəcəyi, universitetlərdə müəllimlərin rüşvət almayacağı, polislərin qorxu mənbəyi deyil, təhlükəsizliyin təminatçısı kimi qavranıldığı, vətəndaşların konstitusiya ilə təmin edilmiş bütün hüquqlaradan tam sərbəstcəsinə istifadə edə biləcəyi bir Azərbaycan görmək istəyirəm. Mən insanların azadlıqlarına inanıram və məncə vətən insanın özünü azad hiss etdiyi yerdir. Doğulduğum ölkədə nə insanların, nə də hökumətin tolerant olmamaısı faktına üzülürəm.”

Yenidən dünyaya gəlmək şansı olsaydı alman olmaq istərdi.
Vüsal dəlicəsinə “Qarabağ” azarkeşidir: “Mənə elə gəlir ki, dünyada Qarabağdan başqa bütün klublar oyuncaqdı”. 1996-cı ildən “Qarabağ”a azarkeşlik edir.

Leyla Nəcəfova

1990-cı il avqustun 10-da, səhər saat 7-də Bakıda dünyaya göz açıb. Bakı Xoreoqrafiya Məktəbində və 1 saylı Dəmiryol Məktəbində təhsil alıb. Deyir ki, “Nəhayət müllimə mükəmməl idi.”

2000-ci ildə ailəsiylə birgə Londona köçüb. Londonda 3 məktəb dəyişib, sonda 6th Form College-də təhsil alıb. Hal-hazırda London Queen Mary University-də French and Business Management oxuyur.

Deyir ki pozitiv biridir: “Çalışıram ədaləti dəstəkləyəm və ədalətsizliyə qarşı mübarizə aparam. Hər zaman özümü inkişaf etdirməyə çalışıram. Film seyr edərkən ağlamıram.” Ancaq eyni zamanda təmbəl olduğunu da etiraf edir: “Çox az kitab oxuyuram, lazım gələndə sonuna qədər mübahisə etməyi bacarmıram.” Leyla özü haqqında sensasiyalı məlumat verməkdən də çəkinmir: “Mənim Lilith olmaq potensialım var.”

Leyla son illərdə siyasətə marağnın artdığını bildirir. Azərbaycanda və dünyanın başqa bölgələrində baş verənlərlə yaxından maraqlanır. Həmçinin fəlsəfə ilə də çox maraqlanır. Çoxlu insanların əhatəsində olmağı və musiqini sevir. 

O, hip-hop həvəskarıdır. Sevdiyi musiqiçilər: Lupe Fiasco, The Roots, Talib Kweli, Mos Def, Sinik, Keny Arkana və s. Hərdən rok da dinləməyi bacarır. Əsasən The Killers və Muse. Özünün dedyinə görə bəzən hətta pop dinləyə biləcək qədər də zövqsüz olur.

Sevdiyi kitablar: The Mill on The Floss (George Eliot) və Breakfast of Champions (Kurt Vonnegut). Oxuduğu son kitab isə Bill Bryson-dan Notes from a Big Country olub.

Nə Azərbaycanda olarkən, nə də burda Azərbaycan TV kanallarına baxmadığını bildirir. Azərbaycan haqqında məlumatı isə əsasən azerireport.com və azadliq.org saytlarından alır. 

Azərbaycanı necə görmək istərdin?

“Azad”

İkinci dəfə dünyaya gəlsəydi daha güclü olmaq istərdi.

Leyla Manchester United azarkeşidir. Azərbaycan klubları arasında isə fərq görmür.

Cahangir İsmayıl

1986-cı ildə Bakı şəhərində anadan olub. Bakıda yaşayıb. 2002-ci ildə ailəsiylə bərabər İngiltərənin Nottingham şəhərinə gəlib, 2007-ci ildə isə Londona köçüblər. Hal-hazırda iş axtarmaqla məşğuldur. 2008-ci ildə Newham College-i uğurla başa vurub. “Computer and Software Engineering” ixtisası üzrə təhsil alıb.

Deyir ki, səyahəti çox sevir. Avropanın bir sıra ölkələrində olub: “Fransa, Belçika, Danimarka, Estoniya, Belarus, Rumuniya, Rusiya, Türkiyə və s... ölkələrdə olmuşam.” Səyahət etməyi o qədər çox sevir ki, bəzən tək sayət də edə bilir.

Özü haqqında kritik fikirləşir: “Mən həyatda bir çox şeyə qarşıyam və sevmirəm. Sevgiyə nifrət eləyirəm. Vaxtımı evdən uzaqda keçirməyi xoşlayıram.”

Klassik və rok musiqisi dinləyir. Sevdiyi qruplar: Limp Bizkit, Slipknot, Dead Memories, Creed.

Kompyuter oyunlarını çox sevir. Sevdiyi oyunlar: Jericho, Counter Strike, Civilization və Roman Empire.

Qorxu, həyat haqqında və erotik filmləri seyr edir. Kinoya online baxmağa üstünlük verir. Sevdiyi filmlər: Underworld Risin of Lycans, Donnie Brasco, Goodfellas, Hitler – Rise of Evil.

Gym-ə gedir, boş vaxtlarında tennis izləyir. Sevdiyi tennisçi Rafael Nadaldır.

Özünü millətçi hesab edir, ancaq bunun nə demək olduğunu bilmir.

Azərbaycanı necə görmək istərdin?

“Azərbaycan indi pis vəziyyətdədir. Camaat acdır, amma birinin obirisindən xəbəri yoxdur.  Dilənçilər çoxalıb, lazımsız şeylər çoxalıb, iş yerləri azalıb, ümumiyyətlə yoxdur. Millət heç nə eləyə bilmir. Ancaq hökumət nəsə düzəldə bilər, o da…Hökumət gərək daha çox iş yerləri açsın, maarifləndirmə ilə məşğul olsun.”

Cahangir West Ham azarkeşidir.

Dünyaya yenidən gəlsəydi pələng olmaq istərdi.


Mirxatun (Mary) Cəlalova
Mirxatun 1988-ci il, sentyabrın 16-da Bakıda doğulub. Uşaqlığı Bakıda keçib. Bakıda 9 nömrəli orta məktəbdə təhsil alıb. 2002-ci ildə valideynləri ilə birgə Londona köçüb, bir müddət Londonda yaşadıqdan sonra isə Glasgow şəhərinə daşınıblar və hal-hazırda Glasgow-da yaşayır.
Təhsilini davam etdirmək üçün Science oxumağı düşünür. Laboratoriyada çalışmağı arzulayır. Hal-hazırda isə təhsilinə bir illik ara verib.
Sadə bir azərbaycanlı oıduğunu iddia edir. Əsəbidir, lakin kinli deyil. Deyir ki, “adamlar məni tez aldada bilir, hər kəsə inanıram və bunu özümdə mənfi hal kimi dəyərləndirirəm.”
RnB və Hip-Hop janrlarında musiqi dinləməyi sevir. Ən çox bəyəndiyi musiqiçilər: Michael Jackson və Justin Timberlake.
Sevdiyi kitablar: Roald Dahl tərəfindən yazılmış hekayələr
İnternet üzərindən daha çox yahoo news oxuyur. Azərbaycanla bağlı məlumatı isə Lider TV və İctimai TV vasitəsilə alır. Evdə ən çox baxılan Azərbaycan kanalları bunlardır.
İdmanla məşğul olmağı sevmir, lakin futbol izləməyi çox sevir. Avtomobil pərəstişkarıdır. Maşın sürməyi sevir. Gününü əsasən msn də oturmaqla, TV  izləməklə və İpod dinləməklə keçirir.
Azərbaycanı necə görmək istərdin?
“İstərdim insanlar etik qaydalara riayət etsinlər. Çox sağ ol, bağışla, üzr istəyirəm, zəhmət olmasa kimi cümlələrdən istifadə etməyi bacarsınlar. İnsanlar dini fanatizmlə məşğul olmasınıar. Geyimə görə insanlara qiymət verilməsin.”
Dünyaya yenidən gəlsəyidi balıq olmaq istərdi. Dənizi çox sevir. 

Sevinc Nəbiyeva

1991-ci il, iyunun 3-də (saatı dəqiq bilmir) Gəncə şəhərində doğulub. 7-ci sinifə qədər Gəncə şəhəri 4 nömrəli orta məkyəbində oxuyub. Daha sonar ailəsiyə bərabər Londona köçüb. Londonda 9-cu sinifdən Erith Grammar School oxumağa başlayıb. Daha sonar 6th Form College-də Economics Maths Media oxuyub.Hal-hazırda Bournemouth- da Business and Management oxuyur. Sevinc ən azı bankda çalışmaq istəyir. Ən çox isə nə az nə çox, bank sahibi olmaq istəyir.

Deyir ki, “həmişə pozitiv olmasam da, çalışıram ki, ətrafımdakı insanlara pozitiv enerji verim.” Hesab eləyir ki, çox zarafatcıldır. İnsanları darıxmağa imkan vermir. Yalan danışmağı profesionalcasına bacarır və çox sevir. İnsanların ona ehtiyacı olmasını xoşlaır, dediyinə görə yardımsevərdir.

Sevinc Buta folklor rəqs qrupunun üzvüdür və Britaniyadakı azərbaycanlı gənclər şəbəkəsinin aktivlərindəndir. Modanı çox sevir və hətta moda günü təşkil etməyə çalışsa da müxtəlif səbəblərdən bu hələ reallaşmamışdır. Sevinc 2008-ci ildə Londonda təşkil edilmiş “Britaniyanın Azərbaycanlı Gözəli” milli rəqs-gözəllik müsabiqəsinin də qalibidir.

Təbii olaraq rəqs etməyi çox sevir və bütün bunlarla yanaşı fotoqrafiya ilə çox maraqlanır. Gələcək peşəkar həyatında fotoqrafiyanın da böyük rol oynayacağına inanır (bankla bunun nə əlaqəsi olduğunu heç kim başa düşə bilmir). Hal-hazırda studiada iş axtarır. Çəkdiyi foto şəkilləri əsasən facebookda yerləşdirir. Əsasən təbiətin və öz şəkillərini çəkməyi xoşlayır.

O, bütün janrlarda musiqi dinləyə bilir. Ən sevdiyi musiqiçilər: Beyonce, James Morrison, James Blunt və Şakira. Həmçinin Michel Jackson fanatıdır.

Ən çox sevdiyi kitab: Malorie Blackman, “Noughts and Crosses”

Azərbaycanı necə görmək istərdin?

“Sonuncu dəfə Azərbaycanda bu ilin yayında olmuşam. Bir sıra müsbət dəyişikliklərin şahidi olmuşam. Təəsüf ki, Azərbaycanda dəyişən sadəcə binalar və parklardır, yəni ancaq şəhərin özü. Lakin əsasən insanların dünyaya baxışında heç bir dəyişiklik baş vermir. Mən çox istərdim ki, Azərbaycanda da özümü burdakı kimi hiss edə bilim. Özümü sərbəst hiss edə bilim. Necə geyinim, nə deyim, necə baxım, necə gəzim ki, haqqımda pis fikirləşməsinlər kompleksini yaşamaq istəmirəm.
Qaydalar var, lakin onlara əsasən əməl olunmur. Xüsusən də yol qatdaları və insanların bir-birinə münasibətində dəyişikliyə ehtiyac var. İnsanlar bəzən çox kobud olurlar, xüsusən də müştərilərlə.
Axrıncı dəfə Bakıda olanda bütün binaların eyni zamand bərpa olunduğunu gördüm və məncə bu düzgün deyil.”
Dünyaya yenidən gəlsəyidi oğlan olmaq istərdi və qızbaz olardı.
Chelsea azarkeşidir, həm də dəlicəsinə azarkeşlik edir.

Ziya Əfəndizadə
1990-cı il martın 13-də Bakıda, Əhmədli qəsəbəsində doğulub. 2002-ci ildə valideynləri ilə birgə İngiltərəyə köçüb. İlk öncə Liverpool şəhərində yaşayıb. Bir il sonra Londona gəlib. Orta təhsil və kolleci bitirib, hal-hazırda Middlesex Universitetində “product design, engineering, computer science” oxuyur.
Deyir ki, mən heç vaxt özümü “analyse” etmirəm: “Qoy başqaları mənim haqqında düşünsün və desin ki, necə oğlandı.” Sonra əlavə edir ki, mən adi oğlanam, heç nə ilə fərqlənmirəm. Ziya özü haqqında danışmaq istəməsə də bunları əlavə edir: "Qravitasiyalı insanam, hər şeyi özümə cəlb etməyi bacarıram, qravitasiya kimi” wow.  Ziya həmçinin insanlar sözün bütün mənalarında şit olduğu zaman sevmir.
Texnologiya və yenilikləri çox sevir. Hər 5-6 aydan bir yeni telefon alır. Azərbaycana gedəndə hımin telefonları daha baha qiymətə satırmış.
Deyir ki, “musiqiləri janra bölməyi sevmirəm”. Lakin ən çox sevdiyi ifaçı Ne Yo və Linkin Park- dır
Kitab oxumağı çox sevməsə də, ən çox bəyəndiyi kitab: Rhonda Byrne-ın The Secret əsəri.
Ziya 5 il idmanın karte növü ilə məşğul olub və dediyinə görə qara kəmər sahibidir. Bundan başqa Martial Art-la məğul olur, boş vaxtlarında isə futbol və basketbol oynayır.
Günün əsas xəbərlərini qəzetlərdən oxuyur. Ən çox oxuduğu qəzet: The Independent.
Azərbaycanı necə görmək istərdin?
“Azərbaycanda insanların psixalogyası dəyişməyəcək, amma ölkəmiz gündən-günə düzəlir və yaxşıya doğru gedir. Dövlətimizdən isdədiyim odur ki, gənclər üçün yaxshi təhsil müəssisələri və çoxlu əyləncə mərkəzləri açılsın.
Sonda demək istəyirəm ki, insanlarımızın nə qədər çox pulu olsa da, o qədər də ağılı olsun“
Yenidən dünyaya gələsydi Sibir Pələngi olmaq istərdi.
Arsenal və FK Qarabağ azarkeşidir.

Afət Mahmudova
Avqust 12, 1988- ci ildə Xaçmazda anadan olub, lakin daha sonra Bakıda yaşayıb. Uşaqlığı Əhmədlidə keçib, 261 nömrəli orta məktəbdə oxuyub. 2002-ci ildə valideynləri ilə birgə İngiltərəyə köçüb, Liverpool şəhərində yaşayır.
İT oxuyub və hal-hazırda Hugh Baird College-də ingilis dili və riyaziyyat oxuyur, universitetə hazırlaşır.
Deyir ki, pozitivəm: “Tez qaynayıb-qarışıram, hamıyla dil tapmağı bacarıram” Bütün bunlardan sonra isə belə deyir: “Tanımadığım insanlarla isə qaynayıb-qarışmaq çətin olur və çox vaxt sakit oluram” Yəni dostlarının yanında yaxşı olur, pozitiv olur, özgə adamların yanında isə sakit və neqativ. Belə demək istəyir.
Hər bir janrda musiqi dinləməyi bacarır və sevir. Konkret qrup, müğənni və ya mahnı adı deməsə də bildirir ki, müğənniləri deyil, onların musiqilərini sevir
TV serialları izləməyi çox sevir, xüsusən də türk seriallarını. Ən sevdiyi teleserial: “Mələklər Korusun”
Cinemaya (kinoteatra) dostları ilə getməyi xoşlayır. Hərdən online filmlər də izləyir. Əsasən qorxu filmlərini izləməyi sevir.
Roman oxumağı sevir. Ən çox sevdiyi kitab: “Twilight”
Afət idmanla məşğul olmağı sevir. O idmanın “body combat boxing” növü ilə məşqul olub.
“Azərbaycanı necə görmək istərdin?”
“Azərbaycanı bundan çox daha fərqli görmək istərdim. Ilk öncə Bakının xarici gözəlliyini bir kənara qoyub daxili haqqda düşünülməsini, iş yerlərinin çoxalmasını, maaşların artırılmasını və insanların qanuna riayət etməsini istərdim. Azərbaycan kiçik ölkədi. Əlbətdə ki bundan daha yaxşı yerdə ola bilər. Əgər ölkəmiz normal olsaydı biz başqa ölkəyə heç köçməzdik.”
Ümumiyyətlə qəzet oxumur. Daha çox internetdən istifadə edir və TV izləyir. Məlumatları əsasən bbc.co.uk internet saytından əldə edir. Azərbaycanla bağlı isə fox.az internet forumu vasitəsilə oxuyur, informasiya əldə edir.
Yenidən doğulsaydı quş olmaq istərdi, növündən asılı olmayaraq. Sərbəst uçmaq istəyir.

Fərid Həsənli

1982-ci ildə Bakı şəhərində, özünün ifadə etdiyi kimi dünayada analoqu olmayan bir gündə doğulub. Bir neçə məktəb dəyişsə də, ən sevdiyi ilk məktəbi olub. Bu “Olimp”də yerləşən 175 nömrəli məktəbdir. Dediyinə görə Azərbaycanın necə dəyişdiyini onun pəncərələrindən müşahidə edib.
1997-ci ildə Britaniyaya gəlib və o zamandan bəri Londonda yaşayır. “Birckbeck College University of London”da BA Management etdikdən sonra Londonda bir neçə şirkətdə menecer olaraq çalışıb.
Fərid özünü çalışqan (hətda workaholic) hesab edir. Dediyinə görə nə etməsindən asılı olmayaraq ən yaxşısını etməyə çalışır. Xırdalıqları sevir, lakin bəzən bu xırdalıqların içində batıb qalır.
O rok musiqisini sevir. Sevdiyi qruplar: Skunk Anansie, Guano Apes, Muse və s.
Gitarada çalmağı bacarır və sevir. Fərid “Undo The Mix” rok qrupunun üzvüdür. Qrupa yeni qoşulub və gəldikdən sonra qrupdakı canlanmanı hess etməmək mümkün deyil.
Sevdiyi kitablar: (romanlar) İ am Lucifer, Great Gatsby, Onegin, The God Father, həmçinin The Corporation, God delusion və Amartya Sen-in sonuncu əsəri olan Violence & Identity.
O, ehtiraslı kino həvəskarıdır. Deyir ki, bütün janrları sevir: “Önəmli olan filmdə original ssenari və hər hansısa bir mesajın olmasıdır.” Lakin əsasən sci fi, triller və dram həvəskarıdır.
Sevdiyi filmlər: Falling Down, Oldboy, The God Father və Disrict 9.
Fərid “Undo The Mix” rok qrupundakı fəaliyyəti ilə yanaşı, yeni “araşdırmaçı yazar” layihəsi üzərində də çalışır.
O, Azərbaycanla bağlı məlumat əldə etmək üçün demək olar heç bir Azərbaycan mediasını izləmir. Əsasən azərbaycanlı bloqçuların yazılarını oxuyur.
“Azərbaycanı necə görmək istərdin?”:
“Hər il Azərbaycana gedəndə insanların daha çox etinasız və məsuliyyətsiz olmalarını görmək məni narahat edir. Birlik yoxdur və insanlar cəmiyyət daxilindəki cavabdehliklərini dərk etmirlər. Bu çox ciddi bir problemə çevrilir. Mən bu problemlərin səbəbini anlaya bilirəm və heç kimi günahkandırmaq istəmirəm. Lakin ümid edirəm ki, insanlar anlamağa başlayacaqlar ki, çox böyük ehtiyacımız olan dəyişikliklər (change) əslində onların özündən aslıdır. Heç kim bunu onların əvəzinə etməyəcək. Lakin mən yenədə burda, Londonda rahat həyat yaşayıram.
Mən istər dini fanatlar, istərsə də liberallar olsun fərq etməz, insanların heç bir kritik yanaşma olmadan özlərinə ideallar qəbul etməsinə sinirlənirəm. Biz elə bir dünyada yaşayırıq ki, bizim diqqətimizi cəlb etmək üçün müxtəlif ideyalar sanki yarışır və insanların bu ideya bolluğuna qarşı tənqidi yanaşması çox zəruridir.”
Fərid liberalları sevmədiyini də bildirir və bunu müsahibədə qeyd etməməyimizi istəmişdi.
Yenidən doğulmuş olsaydı həşərat olmaq istərdi: “belə suala belə də cavab verərlər”
Azarkeşlik etdiyi futbol klubu: FK Qarabağ. “Təəsüf ki Avropa Liqası qrup mərhələsinə çıxa bilmədik, lakin hər zaman gələn il var!”

Fidan Tapdıqova

18 oktyabrda (doğulduğu ili deməkdən imtina edir, amma əminliklə deyə bilərik ki, hələ 40 yaşı tamam olmayıb) Sumqayıt şəhərində anadan olub. Uşağlığı Sumqayıt “qorkom”un önündə keçib. 11 yaşı olarkən valideynləri ilə bərabər Londona gəlib. Kingston College bitirdikdən sonra təhsilində bir illik fasilə götürüb. Universitetə daxil olmaq üçün hazırlaşır.

Fidan deyir ki, o azad düşüncəyə sahibdir: “Mən ağaclara, evlərin damlarına çıxmağı sevərdim. Çox dəcəl uşaq olmuşam, tamamilə başabəla” (bütün bunlarla azad düşüncəlilik arasındakı əlaqəni axtarmağa çalışsaqda uğursuzluğa məruz qaldıq).

O deyir ki, mükəmməl deyil ancaq, mükəmməllik uğrunda mübarizə aparır: “Mən Nietzsche-nin “supermən” ideyasını çox bəyənirəm. Mən adi biri deyiləm. Bir azərbaycanlı olaraq mən fərqliyəm. Mən yeni şeylər öyrənmək istətirəm, macəranı sevirəm və mən açıq fikirli, azad düşüncəli gəncəm.”

Fidan Londondakı azərbaycanlı icma tərəfindən təşkil edilmiş tədbirlərdə həvəslə iştirak edir. Azərbaycan Evinə tez-tez gəlməyə çalışır. Tədbirləri qaçırmaq istəmir. Buta folklor rəqs qrupunun üzvüdür. Təhsilində fasilə yarandığı üçün bu il davamlı olaraq Azərbaycan Evinin fəaliyyətinə könüllü yardım göstərmək haqqında düşünür, tədbirlərin təşkilində iştirak etmək istəyir.

Fidanın özündən kiçik olan qardaşı isə ilk dəfə Londonda məktəbə gedərkən hər kəslə azərbaycan dilində danışmağa başladığı zaman heç kimin bu dili başa düşməməsindən təəcüblənərək “axmaqlar heç azərbaycan dilində də danışa bilmirlər” deməsilə tarixə düşmüşdür.

Fidan həmçinin Uzaq Şərq xalqlarına, xüsusən də koreyalılara böyük rəğbət bəsləyir.

Fidan rok musiqisinə həvəs göstərir. Xüsusilə jrock (müasir yapon musiqisi).Həmçinin metal, caz və klassik musiqiyə.

Sevdiyi musiqi qrupları: The Gazette, Orange Range.

O, Nietzsche-nin əsərlərini oxumağı sevir. Sevdiyi kitablar: The Medium is the Message, Beyond Good and Evil, On Liberty.

Sevdiyi film: Family Guy. Ən çox sevdiyi dram isə One Litre of Tears- dir. Qorxu filmlərinə nifrət edir.

“Azərbaycanı necə görmək istərdin?”:

“Azərbaycanlıları açıq fikirli görmək istərdim. Azərbaycanda qısa paltar geyindiyin zaman səni pozğun adlandırmalarını düzgün saymıram. Azərbaycanda həmçinin bəzən ədəb qaydalarına riayət olunmur. Xüsusilə avtomobil sürücüləri və xidmət sahələrində çalışan insanlar olduqca gobuddurlar. Başa düşə bilmədiyim bir şey də insanların sənə göz zilləməsidir. Neyə belə edirlər bilmirəm. Azərbaycanda həmçinin, növbədə gözləmə mədəniyyəti də yoxdur.

Düşünürəm ki, Azərbaycanda söz azadlığına əməl olunmalıdır. Söz azadlığına daha çox TV kanallarında imkan yaradılmalıdır. İnsanlar siyasətlə bağlı zarafatlar etməyi sevirlər və bu çox normal bir şeydir. İngiltərədə bu olduqca normal qarşılanır. Əgər sən ölkəni sevirsənsə vətəndaşlarını da sevməlisən. Azad düşüncəyə sahib olmaqla insanlar həyat haqqında daha pozitiv düşünəcəklər. Qadağalar insanlarda neqativ və aqressiv düşüncə tərzi formalaşdırır.”

Azarkeşlik etdiyi futbol komandası, İspaniyanın yığma komandasıdır: “Çünki ispan kişiləri yaraşıqlı olur” (gülür).

Həyata yenidən gəlmiş olsaydı qartal olmaq istərdi.

Mürsəl Eminov

1992-ci il dekabrın 29-da Sumqayıt şəhərində doğulub. Sumqayıtda 11 nömrəli məktəbin 5-ci sinfinə qədər təhsil alıb. Uşaqlığı Sumqayıtda keçib. 2004-cü ildə ailəsi (valideynləri) ilə birgə Londona gəlib. Hal-hazırda Crossways Sixths Form Academy-də biznes üzrə təhsil alır. Gələcək üçün dəhşətli dərəcədə ciddi planları var.

Mürsəl elə hesab edir ki, çox səbirlidir. Hər bir işi sona kimi görməyi sevir. Əsəbləşəndə isə olduqca təhlükəli olurmuş (bunu hədə və xəbərdarlıq kimi qəbul etməkdə sərbəstsiniz). Mürsəl özü haqqında ingiliscə belə düşünür: “ I always aim higher, I set targets for my self” (Mən həmişə qarşıma böyük məqsədlər qoyuram və özüm üçün hədəflər müəyyən edirəm) . O zarafatı sevir. Az gülsə də optimistdir... Dostluğa qarşı analoqu olmayan münasibəti var: “Dostumun sirrini heç kimlə paylaşmıram. Həmişə köməyinə qaçıram. Dost mənim üçün qardaş deməkdir, doğma qardaş kimi sevirəm (adam kövrəlir).

Mürsəl Buta rəqs qrupunun üzvüdür. “Arşın Mal Alan” tamaşasında “arşınmalçı”nı oynayır. Azərbaycan Evinə tez-tez baş çəkir (tədbirlərdə). Londonda azərbaycan icmasının bu il təşkil etdiyi Novruz Bayramı proqramında kosa olub. Araz qəzetinin mart sayında da qəzetin üz qabığında böyük şəkili dərc edilib.

Sevdiyi musiqi janrları: R&B, Hip-Hop, Rap.

Sevdiyi musiqiçilər: Eminem, Jay-z, Tupac, Rihanna, Keri Hilson, Ne-yo, Chris Brown, Black eyed peas.
Mürsəl böyük film həvəskarıdır. Hər gün ən azı iki kini izləyir. Sevdiyi janrlar: Action, comedy, Thriller, Drama.
Sevdiyi kinofilmlər: I Am Legend, I.Robot, Terminator, You dont mess with the Zohan, Step Brothers, Untold story by Stewie Griffin, The persuit of happyness, Fast and Furious.
Sevdiyi kitablar: Robery Muchamore- un Dark Sun və John Steinbeak-in Of Mice and Men.

Mürsəl həm də velosiped həvəskarıdır. Son 3 ilərzindən 10-dan çox velosiped dəyişib və hardansa tapıb (bu “hardansa tapıb” məsələsi çox şüphəli məsələdir). Bir dəfə də velosipedi ilə maşınla toqquşub. Son zamanlar isə body building-ə maraq göstərir. Dediyinə görə hər gün 60-100 dəfə jim edir.

TV vasitəsilə idman verilişlərinə baxmağı sevir, xüsusilə qızların tennis oynamasına.

“Azerbaycanı necə görmək istərdin?”:

“İstərdim rüşvət aradan qaldırılsın, yol qaydalarına fikir versinlər, yolları təmir etsinlər, hər yerə svetoforlar goysunlar, qırmızı işıqda keçənləri cəzalandırsınlar. Sonra istəyirəm azerbaycanlılar azad olsun, düşündüklərini sərbəst demək haqları olsun və isteyirəm ki Azərbaycan hər yerdə müsbət imiclə tanınsın. Hamı bir-birinə hörmətlə yanaşsın. Hər kəs hərbi xidmətə getsin, Çünki heç kim bir-birindən əskik deyil. Birinin pulu çoxdursa o demək deyil ki pul verib əsgərliyə getməyə bilər.”
İkinci dəfə həyata gəlmiş olsaydı papuqay olmaq istərdi: “Çox danışmağı sevirəm” (mənalı-mənasız).

Röyan Əmiraslanova
1987-ci ildə Bakı şəhərində doğulub. Bakının Montin adlanan bölgəsundə, həm də Günəşlidə yaşayıb. 285 saylı orta məktəbin 9-cu sinifinə qədər oxuyub.
İngiltərəyə 2002-ci ildə ailəsiylə birgə gəlib. İlk öncə Halifax şəhərində məskunlaşıb. 5 il orda yaşadıqdan sora Londona köçüb: “Halifax-ı çox xoşlamırdım. Çox darıxdırıcı idi. Balaca şəhərdir. London kimi deyil. Azərbaycanlılar da demək olar ki yox idi.”
2007-ci ildə valideynlərilə bərabər Londona köçüb. Hal-hazırda Enfield-də yaşayır və Metropolitan University- də “Tourism Management” oxuyur.
Röyan özü haqqında olduqca konkret düşünür: “pozitivəm, superəm, gözələm” və s. və ilaxır... O, dostları ilə söhbət etməyi də sevirmiş (analoqu olmayan bir hadisədir).
Röyan seksual azlıqlara tolerant münasibət göstərir: “dəstəkləmirəm, amma normal baxıram (olduqca azərbaycansayağı cümlə). Hərə öz həyatını necə istəyirsə elə də yaşamalıdır. Çünki hamı düşündüyünü, olduğu vəziyyəti düzgün sayır. Eləcə də gay –lər” Röyana görə fərqliliklər olmasaydı həyat qətiyyən maraqlı olmazdı. Dünyada ən nifrət etdiyi şey isə yalan imiş :) bir də müharibə.
Röyan Londona köçəndən sonra “Caspian-Khazri” internet forumu vasitəsilə Londondakı azərbaycanlı gənclər şəbəkəsi ilə yaxından tanış olur. Özünə dostlar tapır və Azərbaycan Evini ziyarət etdikdən sonra tədbirlərdə və fəaliyyətlərdə də aktiv iştirak etməyə başlayır. O, keçən il FASE London tərəfindən Britaniya Parlamenti Lordlar palatasında təşkil edilmiş azərbaycanlı gənclərin forumunda da iştirak edib və Azərbaycanlı Gənclər Klubunun “Layihə Emalatxanası”nın qurucularındandır. Məqsəd müxtəlif layihələrin yazılmasıdır. Hal-hazırda üzərində çalışılan layihələrdən biri isə “Green Future” adlı veloklub layihəsdir.
O klassik musiqini sevir. Lakin nə qədər qəribə olsa da klassikanı sevə-sevə pop musiqisini də dinləyə bilir.   
Röyan Əmiraslanova: “Yalandan yazın ki guya gym-ə gedirəm, bəzən də üzgüçülüyə”. Royan istəyirdi ki, yuxarıdakı əslində etmədiyi şeyləri YALANdan etdiyini yazaq (Röyanın həyatda ən nifrət etdiyi şey yalan, bir də müharibədir). Biz də yazdıq.
Sevdiyi kitab: Dale Carnegie “How to win friends and influence people”
Sevdiyi yazıçılar: Thomas Hardy. O, qəzəl oxumağı da sevir. Xüsusən də Əliağa Vahidin qəzəllərin.
Azərbaycanla bağlı məlumatı internet vasitəsilə alır. Ən çox bakililar.az və lent.az saytlarını oxuuyr. Qatarda olarkən Metro və Lite qəzetlərini oxuyur. Araz qəzetində ən çox sevdiyi rubrika Qonaq səhifəsidir.
“Azərbaycanı necə görmək istərdin?”:
“İstərdim ki Azərbaycanda sözdə yox, doğrudan da demokratiya olsun. Bəzən İngiltərəyə bir ölkə kimi paxıllığım tutur. Çünki bizdə belə deyil. İstərdim ki, necə biz gənclər burda sərbəstik, Azərbaycandakı gənclərimiz də elə olsun.”
Röyan dünyaya yenidən gəlsəydi delfin olmaq istərdi. Dənizdən qorxur və üzmək üçün tək yolun delfin olmaqdan keçdiyini dşünür.
FK Qarabağ azarkeşidir.

Naza Abbaszadə
1989-cu il, oktyabrın 19-da Bakıda doğulub. 6-cı sinifə qədər Bakıda 8 nömrəli orta məktəbdə oxuyub. 2002-ci ildə ailəsi ilə birgə Liverpool şəhərinə köçmüş və 2006-cı ildə Londona gəlmişdir. Enfiled College-də “Art and Design” oxuyur. Universitet oxumuğı planlaşdırır.
Həddən artıq özündən razıdı (bunu özü təsdiqləyir). Həm də belə düşünür: “Mənə elə gəlir ki mehribanam”. Ona elə gəlir ki adam özün sevməsə onu heç kim sevməz. Buna görə də özünü çox sevir. Əsil azərbaycanlı xarakterinə uyğun olaraq yalandan üzə gülmürmüş: “Bəzən çox tənbəl ola bilirəm. Bütün günü evdə oturub heçnə etməmək. Ancaq ümumiyyətlə gəzməyi çox sevirəm. Əylənməyi.” Ən nifrət etdiyi şey kiminsə işinə qarşması və əmr etməsidir. Bunu azadlığına əngəl hesab edir. Çünki azadlığı çox sevir. Əks halda çox əsəbiləşir və əsəbiləşəndə də təhlükəli olurmuş (Doğrudan da belədi. Barmaqları ilə pələng təqlidi edirsə demək əsəbiləşib).
İdmanı sevmir və ümumiyyətlə sevdiyi idman növü yoxdur.
Bütün musiqi janlrlarını dinləyə bilir. Önəmli olan bəyənsin. Yəni bütün janrlarda musiqi dinləməyi bacarır və sevir.  
Lakin hip-hop və RnB daha çox dinləyir. Azərbaycanda ən çox sevdiyi müğənni Röyadır.
Ən çox sevdiyi musiqi aləti pianodur. Uşaq vaxtı 5 il müddətində canon (musiqi aləti) dərsləri alıb. Daha sonra bir müddər pianoya da gedib.
Sevdiyi film janrları: romantik, qorxu, komediya. Film adları yadında qalmır. Ən çox sevdiyi Azərbaycan (Sovet) filmi isə “Gün keçdi”dir: “Neçə dəfə baxsam bezmirəm”
Kitab oxumur. Buna bəhanə olaraq dərslərə görə vaxtının az olmasını əsas gətirir. Lakin ümumumilikdə detektiv janrını sevir. Qatarda və metroda olarkən qəzet və jurnal vərəqləməyi (oxumağı yox) xoşlayır.
Azərbaycanla bağlı informasiyanı internet vasitəsi ilə day.az və lent.az saytlarından alır. TV –yə isə demək olar ki heç baxmır.
ANİnterviewnun “Azərbaycanı necə görmək istərdin?” sualına cavabı:
“Bura gələndə uşaq idim. 13 yaşım var idi və gələndən həmişə deyirdim ki mən qayıdacam Azərbaycana. Ora gedəndə hər şeyi unuduram. Amma böyüdükcə, burda oxuduqca görürəm ki yaşamaq üçün bura daha yaxşıdı. Burda daha sərbəstəm. Amma yenə de bura mənə özgədir. İstəyərdim burdakı imkanlar Azərbaycanda olsun. Papam evə gec gələndə mənə demesin ki qızım mən sənə güvənirəm amma ətrafa güvənmirəm. Ona görə evə tez gəl ki söz çıxmasın. İstəyərdim burdakı kimi Azərbaycanda da istədiyim yerə gedim, istədiyim kimi geyinim, heçnə düşünmədən, utanmadan. Azərbaycan nə qədər pis olasa da vətənimdir” Dediyinə görə Azərbaycana gedib yaşamaq istəyir, lakin cəmiyyətin burdakı kimi olmaması buna əngəl olur.
Dünyaya bir də gəlmiş olsaydı at olmaq istərdi.
Futbolla qətiyyən maraqlanmır.

Fərid Əliyev
1992-ci il sentyabrın 15-də Bakıda doğulub. Orta məktəbin 10-cu sinifini isə Gəncə şəhərində bitirmişdir. Valideynləri İngiltərədə yaşadığı üçün 2009-cu ildə Londona köçüb. Hal-hazırda Wlatham Forest kollecində təhsil alır.
Əksəriyyət kimi təvazökar olmağa çalışsa da alınmayıb. Əsil azərbaycanlı xarakterinə uyğun olaraq özün tərifləyib: “Dostuma sadiq çıxmağı bacarıram (gözümüz aydın). İnsanın üzündə kədər görəndə çox yazığım gəlir və deyirəm ki, kaş ki pulum olsaydı ona kömək edərdim (guya ki kədər sadəcə pulsuzluqdan irəli gəlir).” Zarafatı sevir, səyahəti sevir, öyrənməyi sevir, yenilikləri qəbul etməyi bacarır və daha nələr... Mükəmməl və analoqu olmayan bir azərbaycanlı gənc (Azərbaycanı 2009-cu ildə tərk edib). Hə, bir də sözü üzə deməyi bacarmırmış. Ya utanır, ya da ki qorxaqdı.
Londona yeni köçməsinə baxmayaraq çox aktivlik nümayiş etdirir. Azərbaycan icmasının təşkil etdiyi demək olar ki bütün tədbirlərdə iştirak edib və ictimai fəaliyyətlərdə yaxından iştirak etməyə niyyətli görünür (Buta folklor rəqs qrupunda rəqs etməkdən imtina etsə belə).
Film seyr etməyi çox sevir. Xüsusən də komediya və qorxu (gecələri narahat yatsa da) filmlərini. Ən çox sevdiyi kino “Dumb and Dumber”dir. Deyir bu filmə baxanda gülüşnə qonşular gəlir.
Sevdiyi musiqiçilər: Enrique İglesias və ərəb musiqiçi Rafet el Roman
Sevdiyi musiqi aləti: Gitara. Lakin heç bir alətdə ifa etməyi bacarmır. Sadəcə stolun üstündə milli ritm tuta bilirmiş.
Üzgülüçülük idman növün çox sevir və TV -də futbol izləməyi xoşlayır.
İndiyə qədər yeganə oxuduğu kitab uşaq ensiklopediyası olub (dəhşət). Sevdiyi şer isə Bəxtiyar Vahabzadənin “Axı dünya fırlanır” adlı şeridir.
Dediyinə görə Azərbaycanda Müsavat qəzetini oxuyardı. Hal-hazırda isə əsas informasiya mənbəyi facebook və mix.az –dır.
“Azərbaycanı necə görmək istərdin?”:
“Mən Azərbaycanın ən yüksək zirvədə olmasını istərdim. Ölkədə  insanlar bir-birinin ayağını dartmasınlar. Hər zaman qanuna tabe olsunlar. Ölkədə bir nömrəli problem olan (Fəridə görə təbii ki) təhsilimiz və tibbimiz  əla səviyyədə olsun və əlbəttə ki dövlətimiz tərəfindən insanlara sevgi güclü olsun. Sonda birlik və vətənə sevgi. Vətənpərvərlik ona deyilmir ki, 2 il ərzində hərbi xidmət çəkib bitirəsən vəssalam.”
Dünyaya təkrar gəlsəydi durna olmaq istəyərdi.
Chelsea və FK Qarabağ azarkeşidir (öncələr Neftçi azarkeşi olub).

Züleyxa (Zulya) Səfərəliyeva
1989-cu il 25 iyunda Bakı şəhəri Ramana qəsəbəsində (kəndində) doğulmuşdur. 90 saylı orta məktəbdə oxuyub. Elə bilir ki, Ramana Bakının ən yaxşı kəndidi (Ramana üzərindəki linkə daxil olmağı unutmayın).
Zulya 2003-cü ildə ailəsi ilə birgə İngiltərənin Bristol şəhərinə köçüb. 3 ay Bristolda yaşadıqdan sonra Londonda yaşamaq üçün daşınıblar. Hal-hazırda West Ham-də yaşayır və Waltham Forest kollecində təhsil alır.
O, özünün də ifadə etdiyi kimi ilin 70% pessimist, sadəcə 30% optimist ola bilir. Dostları hər zaman ona pozitiv enerji verməyə çalışsa da, özləri Zulyanın neqativ enerjisi və atmosferi təsirinə düşürlər :) Londonda azərbaycanlı gənclər şəbəkəsi qurulandan görüşlərdə, tədbirlərdə iştirak etməyə çalışır, Lakin pessimist olması daha yaradıcı və aktiv olmasına mane olur. Londondakı Azərbaycan məktəbinə də tez-tez gedərdi. M.Ə.Rəsulzadənin doğum gününə həsr edilmiş məşhur ANTV “Rəsulzadə tortu” proqramı Zulyanın yaşadığı evdə çəkilib. Lakin pessimist olması daha yaradıcı və aktiv olmasına mane olur.   
Rap söyləməyi sevir və bacarır. Söylədiyi rap üçün sözləri də özü yazır və dostları arasında oxumağı sevir. Bir neçə dəfə hətta record etdirmək haqqında da düşünüb və çalışıb, lakin həyata keçirə bilməməsinin səbəbi yenə də pessimistliyi. Azeryouth Networking Interviews (ANİ) üçün də rap yazıb:
Şeytan Qanı

Həyatımda 1 işıq qalıb,o da otağıma vuran ay işığı
Batmasın ay,gəlməsin yay,gecə itirməsin öz yaraşığın
Deyirlər həyata nə verirsən ,sənə onu qaytarır
Mən görəsən ona nə etdim,meni bu qədər ağladır?
Hamı məsləhət verən çıxıb,elə olma belə ol!
Hətta yolunu azanlar da mənə göstərirdi yol
Saflığımdan əsər-əlamət yox,içimdə nifrət bol
Məni öz tərəfinə çəkmək istəyir,bilmirəm sağdı ya sol
Üstəlik özü haqqında belə düşünür: “Həyat haqqında çox düşünürəm. Dərdli olmağı sevirəm, Problemlərdən qaça bilmirəm və hər bir xırda problemi ürəyimə salıram.” Qorxunc!

Sevdiyi musiqi aləti: Piano. Dediyinə görə Azərbaycanda yaşayanda bir neçə ay piano dərslərinə gedib.

Sevdiyi musiqi janrları: Hip-Hop, Rap, RnB. Son zamanlar isə hər şeyi dinləyir.

Sevdiyi musiqiçilər: 2Pac, The game, Bizzy, Bone, Ceza, HOST

Zulya kitab oxumağı sevmir , nadir hallarda oxuyur . Sevdiyi yazıçılar Agatha Christie və Azərbaycanın gənc yazıçısı Qaraqan(HOST)un A kitabı. Metroda olanda qəzet oxuyur və Araz qezetini oxumağı sevir. İnternet vasitəsilə xəbərlər haqqında məlumat alır. Zulyanın fikrincə day.az saytı rahat olduğuna görə maraqlıdır.

Deyir ki uşaqlıqdan qumarbaz olmuşam. Hara gedir kart tapıb oynamalıdır. Həyatda hər kəsi və hər şeyi sevməyə çalışır, ancaq özünü sevməyi bacarmırmış.

“Azərbaycanı necə görmək istərdin?”:

“Azərbaycanın yaxşı və pis tərəfləri var, necəki bütün ölkələrin. Hər bir azərbaycanlı kimi mən də istərdim ki ölkəm gözəlləşsin, insanlar "adam" olsun. Bakıya gedəndə istəyirəm ki küçədə rahat gəzə bilim. İstəmirəm bütün gözlər mənim üstümdə olsun. Qanun qayda olsun, hər kəs özü olsun, biri-birlərinə baxıb hərəkət etməsinlər. Ətraf mühitin fikirlərinə görə oturub durmasınlar. İstəyirəm təkcə Bakını yox, bütün başqa şəhər və kəndləri də abadlaşdırsınlar”
Yenidən dünyaya gəlmiş olsaydı göyərçin olmaq istəyərdi: “Çünki quşlar sərhəd tanımır” və viza almağa ehtiyacları olmur.
West Ham fanatıdır. Azərbaycanda isə Neftçi FK.

Alex S. İsmayılov (əsl adı Şəhriyar)
1990-cı ildə Sumqayıt şəhərində doğulub. Sumqayıtda Texniki və Tibb Elmləri Litseyini 10-cu sinifə qədər oxuyub.
2004-cü ilin avqustunda ailəsi ilə birgə İngiltərəyə köçüb. Londonda ailəsi ilə birgə yaşayır. Hal-hazırda University of East London-da Beynəlxalq Turizm və Xarici Dillər üzrə təhsilini davam etdirir. O, bütün məsləhətlərə baxmayaraq və tərslik nümayiş etdirərərk gələcəkdə Oxford universitetinə transfer almaq haqqında düşünür.
Alex bir çoxlarından fərqli olaraq Azərbaycan Evinin üzvü deyil və olmaq niyyəti də yoxdur. Lakin o, gənclər şəbəkəsinin fəallarındandır. Azərbaycan Evində bəzən könüllülük edir. Xüsusilə tədbirlərdə DJ vəzifısini daşıyır. Məsələn, bu il Azərbaycan Evində təşkil edilmiş yeni il və həmrəylik tədbirində DJ-lik etdikdən sonra, artıq Azərbaycan Evinə gələnlərin sayı kəskin şəkildə azalmışdır.
Alex “Undo The Mix” rok qrupunun drummer-idir (dostu Muradın ifadə etdiyi kimi isə peçeniya yeyənidir. Çünki o peçeniya yeyərək Azərbaycan Evini bulaşdırmaqda və təmizləməməkdə ustadır, əsl vəzifəsini həyata keçirməkdən fərqli olaraq).
Alexin ən sevdiyi hobbi skate sürmək və qulaqlqlar (headphone) vasitəsilə musiqi dinləməkdir. O Londona gələndən bəri skate-ə çox böyük maraq göstərmiş və hal-hazırda demək olar ki hər yerə skate-lə bərabər gedir. Qulaqlıqları isə heç vaxt çıxarmır. Bir çoxları isə elə düşünür ki, qulaqlıqlar onun boynuna yapışıb və yatanda və duş qəbul edəndə belə çıxmır. Çantasında dəyişik “səliqəli” paltarlar daşımağı xoşlayır. Dediyinə görə günəşi çox sevir. Maşın sürməyə böyük həvəsi var. Sürücülük vəsiqəsini almaq üçün praktika testinə hazırlaşır (bəlkə onda skate-dən əl çəkə).  
Ən sevdiyi kompyuter oyunu: Counter Strike Source, F.E.A.R 2 Project Origin və Half Life-dır
Kitab oxumağı sevmir. Qəzet və jurnalı kitabdan üstün tutur.
Ən çox baxdığı filmlərdən biri “Family Guy” dır. Əsasən komediya və fantastik filmləri izləyir.
Sevdiyi musiqi qrupları: Avenged Sevenfold, Children of Bodom,  Enigma, Green Day, Guns n Roses və s.
Özünü çox yaxşı drummer hesab edir. Ən çox sevdiyi drummer-lər: The Rev ( A7X) ,Travis Barker ( Blink 182) and Jaska ( Childrne of Bodom) .

Ən nifrət etdiyi şey insanların başqalarının həyatına qarışmasıdır.
Ənənəvi “Azərbaycanı necə görmək istərdin?” sualına belə cavab verib:
“Azərbaycanda  milləti parlaq gələcəyə baxan görmək istərdim. Yəni, insanlar bir-birini geri çəkməsin. Gənclərin azad düşüncə sahibi olmağını istəyirəm. “common crowd' un effektləri və əlləri altında qalmasınlar. Öz arzularını çalışsınlar yerinə yetirməyə. Bir sözlə öz başlarını işlətsinlər və ətrafdakıların dediyi ilə oturub-durmasınlar.”
Chelsea –yə azarkeşlik edir.
Yenidən doğulmuş olsaydı pinqvin olmaq istəyərdi. Səbəbin demək istəmir.
Qız dostu çoxdu (özü belə deyir) ancaq daha çox olmasını istəyir!

Kubra-Rza Əhmədova

1991-ci ildə Bakıda doğulub. Özünü “korennaya” bakılı hesab edir. 9 il Bakıda xoreoqrafiya məktəbində oxuyub. Məktəbdə 4 il balet təhsili aldıqdan sonra Azərbaycan milli rəqslərini öyrənib. Peşəkar rəqqasdır. Rusdillidir :)

Kubranın atası Azərbaycanda judo idman növünün əsasını qoyanlardandır (Ağarza Əhmədovla müsahibə yaxın vaxtlarda Araz qəzetində yayımlanacaq)

2007-ci ildə atası ilə birgə İngiltəryə köçüb. Qısa müddət Barnsley şəhərində yaşadıqdan sonra Newcastle- a köçüblər. Nəhayət 2008-ci ilin dekabr ayından Londonda yaşayırlar (Azərbaycan Evinə çox yaxın bölgədə yaşayırlar).

O, hal-hazırda Hackney Community College- də BTEC National Diploma Scince üzrə təhsil alır. Ən yaxın dostu və tərcüməçisi Murad Undomix ÜmumEllidir.

Kubra Azərbaycan Evində könüllüdür və gənclər klubunun fəal üzvlərindəndir. Londonda fəaliyyət göstərən Buta Azərbaycan folklore rəqs qrupuna fəaliyyətində yardım edir. İndiyə qədər Londonda bir neçə rəqs festivallarında iştirak edib və tamaşaçıların heyrətinə səbəb olub. Azərbaycan Evində keçirilmiş Novruz Parti və Türk icmalarının təşkil etdiyi tədbirdəki çıxışların ən uğurlularındandır. Dediyinə görə rəsm çəkməyi də bacarır, lakin hələ ki ortaya bir şey çıxara bilməyib. Çəkdiyi ən böyük “əsər”i sadəcə avtobusun içində inasana bənzər fiqurlardan ibarətdir. Pianoda ifa etməyi sevir.

Kubra həşaratları çox sevir, hər zaman onları müdafiə edir. Siyasəti isə sevmir (özü belə deyir) lakin, liberal siyasi baxışa sahibdir. Çox istiqanlıdı.

“Azərbaycanı necə görmək istəyirsən?” sualına olduqca əcaib cavab verib: “Xochu videt Azerbaycan svobodnoy stranoy... xochu chtobi policeyskiye perestali predirastya ko vsemu … Kozli blin!” (Azərbaycanı azad görmək istəyirəm... istəyirəm polislər hər şeyə burunların soxmasınlar... eşşəklər :))
Dediyinə görə şən mahnıları sevir. Beatles dinləyir. Azərbaycanda isə ən çox sevdiyi qrup “Coldunya”dır.
Ən çox sevdiyi musiqi: Santa Maria Del Buen Ayre/ The Gotan Project.  
Sevdiyi yazıçılar: Daniela Still, Jain Ostin, Tolstoy, Aleksandr Pushkinin şerlərini sevir.
Ən çox sevdiyi kitab: “Pride and prejudice”
Chelsea –yə azarkeşlik edir.
Yenidən dünyaya gəlmiş olsaydı qaranquş olmaq istəyərdi.

Murad UnduMix Ümumelli (əsl soyadı Nəbiyev)

1989-cu ildə özünün ifadə etdiyi kimi Azərbaycanın ən gözəl və xodgedən şəhəri Gəncədə doğulub. Orta məktəbi Gəncədə oxuyub.

2004-cü ildə valideynləri ilə Londona köçüb. Hal-hazırda Londonun mərkəzindən kənarda, Erith də yaşayır.

Murad, Britaniyada azərbaycanlılardan ibarər rok qrupu olan “Undo The Mix” in banisi qurucularındandır. Azərbaycanlı Gənclər Klubunun ən aktiv üzvlərindəndir və London Azərbaycan Evində könüllüdür. O Londinda fəaliyyət göstərən Azərbaycanlı Gənclər Fonduna rəhbərlik edir. Murad həmçinin “Araz” futbol klubunun qapıçısı olmuşdur və komandanın biyabırçı məğlubiyyətlərində böyük rol oynamışdır.

2008-ci ildə “Kingston University” daxil olub və hal-hazırda “Computer Science” oxuyur.

Komputer üzrə təhsil almağına baxmayaraq, hələ ki koputer haqqında çox az şey bilir. Çox danışır, şəndi. Başqalarına qulaq asmağı sevmir.

Murad feysbukda özü haqqında bunları yazır: “Ive got my own Rock Band, howeva we suck and we cant do no shit) but still we hope we'll be famouse some day) anyway ...  I Support Youth clubz and organisations, and ama member of sum of them. Weve got a A.Y.C.I.L in UK ) its Azerbaijani Youth Club In London. We r too active, weve got our own newspaperz, radio chanel, rock band, Huge House for meetingz, STUDIO, Library, School on Azeri language and stufflike dat...”

Death/Metal, Black/Metal, Emo/Core, Post/hardcore, hardcore/Punk, Punk/Rock/ Alternative/Rock dinləyir.

Sevdiyi qruplar : Lynyrd Skynyrd, Queen, Silencer, Niflheim, Anti, Arctic Monkeys, Children of Bodom

Ən sevdiyi mahnı isə Rasmus “Someone else” dir.

Son 3-4 il klassika ile marağlanir. Sevdiyi bestekarlar Qara Qarayev , Fikret Emirov. Avropada ise Mozart, Handel, Chopin.

Tarda ifa etmeyi bosh vaxtinda oyrenir.

Sevdiyi TV proqramlar: X-Factor, Gorodok

Sevdiyi kitablar: Turgenev - otci i deti, Daniella Still-dragocennosti, George Sand - Consuelo,  Tolstoi - voskresenie. Rus ədəbiyyatını çox sevir. Xüsusilə şerləri: Esenin, Lermontov, Afanasiy Fet, Pushkin, Mayakovskiy, Rasul Gamzatov ...

Azərbaycanla bağlı məlumatı azadlıq radio ve qazetinden əldə edir.

Sevdiyi qazetler The Guardian , Thelondonpaper.

Chelsea və Gəncənin Kəpəz klubuna azarkeşlik edir

Dinə inanmır, ateistdir.